Məxfilik Siyasəti
Məxfilik Siyasəti
(ASBC MMC B2B platforması üçün)
“ASBC” MMC (VÖEN: 1403779711) qanunvericilikdə baş verən dəyişikliklər və daxili şirkət siyasətinə uyğun olaraq B2B platformasının məzmununu dəyişdirmək hüququnu özündə saxlayır. Platformadan istifadə etməklə, istifadəçilər bu yenilikləri qeyd-şərtsiz qəbul etmiş sayılırlar.
“ASBC” MMC-nin B2B platformasında qeydiyyatdan keçməklə, istifadəçilər şirkətin onların ehtiyac və maraqlarına uyğun kommersiya xarakterli məlumatları elektron vasitələrlə təqdim etməsinə razılıq vermiş olurlar.
“ASBC”, “iSpace” və “iSupport” əmtəə nişanları ASBC MMC-nin müstəsna mülkiyyətidir. Bu nişanlardan digər vebsaytlarda, meta etiketlərdə, çap materiallarında və ya hər hansı digər kommunikasiya formalarında “ASBC” MMC-nin əvvəlcədən yazılı razılığı olmadan istifadə olunması qadağandır.
B2B platformasında təqdim olunan məhsullar eyni zamanda “ASBC” MMC-nin birbaşa satış kanalları vasitəsilə də realizə olunur. Məhsulun onlayn səbətə əlavə edilməsi onun mövcudluğunu zəmanət etmir, çünki həmin məhsul eyni vaxtda oflayn satış əməliyyatları çərçivəsində də satıla bilər. Məhsulun mövcudluğu sifarişin rəsmiləşdirilməsi zamanı “ASBC” MMC tərəfindən təsdiqlənəcəkdir.
Əgər hər hansı bir əməliyyat (tranzaksiya) qəbul edilməzsə, “ASBC” MMC imtinanın səbəbi barədə istifadəçiyə dərhal məlumat verəcəkdir.
“ASBC” MMC sifarişlərin operativ şəkildə emalına və məhsulların biznes müştərilərə vaxtında çatdırılmasına sadiqdir.
Çatdırılma zamanı istifadəçilər aşkar şəkildə görünən zədələnmiş qablaşdırması olan bağlamaları qəbul etməməli və bu barədə dərhal “ASBC” MMC-yə _________ elektron poçt ünvanı və ya (+994) 51-230-88-55 telefon nömrəsi vasitəsilə məlumat verməlidirlər. Çatdırılma qəbul edildikdən sonra məhsulun xarici görünüşü və ya tərkibi ilə bağlı şikayətlərə baxılmayacaq. İstifadəçilər çatdırılma sənədlərini imzalamazdan əvvəl məhsulu diqqətlə yoxlamaqla məsuldurlar.
B2B platforması vasitəsilə onlayn alınan məhsulların geri qaytarılması Azərbaycan Respublikasının İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanunu ilə tənzimlənir. Məhsul yalnız istifadə olunmamış, bütün aksesuarları və orijinal qablaşdırması tam halda qorunmuş və aktiv edilməmiş olduqda, 14 təqvim günü ərzində geri qaytarıla bilər. Dəyəri ______manatdan az olan məhsullar qaytarıla bilməz.
İstehsal qüsuru olan məhsulların qaytarılması və ya dəyişdirilməsi alış zamanı elektron şəkildə təqdim olunmuş zəmanət şərtlərinə əsasən həyata keçirilir.
Məhsul yoxlandıqdan sonra, “ASBC” MMC onu dəyişdirməklə və ya geri ödəməklə problemi aradan qaldıracaq. Geri ödəmə yalnız məhsulun dəyəri məbləğində olmaqla, 10 təqvim günü ərzində ödəmənin həyata keçirildiyi üsulla geri qaytarılacaqdır.
Əgər məhsulun geri qaytarılması istehsal qüsuruna əsaslanırsa, geri göndərmə xərcləri “ASBC” MMC tərəfindən qarşılanır. Digər hallarda isə göndərmə xərcləri alıcının üzərinə düşür.
Geri qaytarma tələbləri “ASBC” MMC-nin çağrı mərkəzi, rəsmi sosial media kanalları və ya _________ elektron poçt ünvanı vasitəsilə edilməlidir. Tələb təsdiqləndikdən sonra, məhsul 7 gün ərzində geri qaytarılmalıdır.
İstifadəçilər öz giriş məlumatlarının (istifadəçi adı və parol) konfidensiallığını qorumağa məsuldurlar. “ASBC” MMC icazəsiz girişlərə görə məsuliyyət daşımır və belə hallar baş verdikdə dərhal məlumatlandırılmalıdır.
B2B platformasında qeydiyyat və istifadənin davam etdirilməsi, istifadəçinin bu şərtlərlə tanış olduğunu və onları qəbul etdiyini təsdiq edir və “ASBC” MMC ilə istifadəçi arasında yaranan hüquqi münasibətləri tənzimləyir.
Loq faylları və kukilər
“ASBC” MMC xidmət keyfiyyətini artırmaq və anonim analitik məlumatlar toplamaq məqsədilə loq fayllarından və kukilrdən istifadə edir. Bu vasitələrlə aşağıdakı məlumatlar toplanır:
• İP ünvanı
• Cihaz növü
• Brauzer tipi
• Ziyarətin tarixi, vaxtı və müddəti
• “ASBC” MMC-nin B2B saytına yönləndirmə mənbəyi
• Platformada həyata keçirilən hərəkətlər (məsələn, baxılan və ya axtarılan məhsullar)
Bu məlumatlar şəxsi identifikasiyaya imkan vermir və aşağıdakı məqsədlərlə istifadə olunur:
• İstifadə trendlərinin təhlili
• İstifadə statistikalarının hazırlanması
• İstifadəçi təcrübəsinin yaxşılaşdırılması
• Effektiv marketinq kampaniyalarının hazırlanması
• Fərdiləşdirilmiş tövsiyələrin təqdim olunması
Platformadan istifadə etməyə davam etməklə və ya kukiləri qəbul etməklə, istifadəçi məlumatların toplanmasına razılıq vermiş sayılır. Kukilərlə bağlı ayarları istənilən vaxt brauzer parametrləri vasitəsilə dəyişmək mümkündür.