Beolab 90 Speaker (Primary) Brass Tone/Black

RRP:

198 800AZN

Öncədən sifariş

Beolab 90

Beolab 90 üç il ərzində səsin gələcəyini quran B&O mütəxəssislərinin ən cəsarətli xəyallarının kulminasiyasıdır. 8200 vatta bərabər güc isə onu şirkətimizin tarixində ən güclü səs gücləndiricisinə çevirir.
Səsin gələcəyini yaradaraq

Beolab 90 ölçüsündə və mürəkkəbliyində döşəmə akustik səs gücləndiricisini hazırlamaq heç də asan olmamışdır. Səs gücləndiricisinin yuxarı hissəsi 10 mm qalınlığında plastikdən, əsas korpusu isə monolit alüminiumdan hazırlanıb. Onlar birləşdirilir, daha sonra bütün gücləndiricilər, dinamiklər və proqram təminatı quraşdırılır, son mərhələdə isə səs gücləndiricisinə yarımşəffaf parça keçirilir və alüminium qübbələr qoyulur.

Heç kəs deməmişdi ki, dünyada ən qabaqcıl səs gücləndiricisini yaratmaq asan olacaq.
 
AKUSTİK KONSTRUKSİYA
Ən qeyri-adi səs gücləndiricisi

Dinləmə üçün nəzərdə tutulan otaqda mükəmməl səs yaratmaq və eyni şeyi yaşayış otağında etmək fərqli şeylərdi. Ağıllı Beolab 90 həyat məkanınıza və üstünlük verdiyiniz dinləmə rejiminə uyğunlaşır və hər gün unudulmaz mükəmməl təəssüratlar bəxş edir.
AKTİV OTAQDA YERLƏŞMƏ KOMPENSASİYASI
Həyat məkanınıza uyğunlaşdırılıb

Active Room Compensation, divarların, mebelin və səs gücləndiricisinin yerləşdiyi yerin dinləmədən alınan təəssüratlara göstərdiyi təsirdən asılı olaraq, səsi kompensasiya edir. Bu texnologiya üstünlük verilən dinləmə rejimlərində mükəmməl səsi təmin edir.
SƏS DƏSTƏSİNİN ENİNİN İDARƏ OLUNMASI
Bir nəfər və hər kəs üçün səs

Səs dəstəsinin genişliyinin idarə olunması Sizə səsin paylanmasını tənzimləmək imkanı verir. Səs dəstəsinin genişliyi az olduqda, səs dəqiqliklə sevdiyiniz dinləmə yerinə istiqamətləndirilir. Səs dəstəsinin genişliyinin çox olması filmlərə baxmaq üçün uyğundur. 360 dərəcə hərtərəfli səs isə əyləncə gecələrində çoxsaylı qonaqların əylənməsi üçün mükəmməldir.
SƏS DƏSTƏSİNİN İSTİQAMƏTİNİN İDARƏ OLUNMASI
Bütün dinləmə yerləri üçün

Bu səs gücləndiricisi müxtəlif həyat tərzləri üçün əhəmiyyətli olan məkanlar üçün yaradılıb, buna görə dinləyici daima səsin mərkəzində yerləşir və səs panoraması onun qarşısında formalaşır. Bizim səs dəstəsinin istiqamətinin idarə olunması texnologiyası beş istiqamətlərdən birini akustik baxımdan frontal istiqamət kimi müəyyən etməyə imkan verir, bununla da bütün otaqda fərdi səsləndirməni təmin edir.
İDARƏETMƏ
Qabaqcıl funksiyalar. Sadə idarəetmə.

Siz güclü Beolab 90-ı birbaşa ovcunuzdan idarə edə bilərsiniz. Parametrləri tənzimləmək və əvvəlcədən quraşdırılan parametrlərə keçid əldə etmək üçün Beoremote One və ya Bang & Olufsen App tətbiqindən istifadə edin. Əlbəttə, Siz Beovision televizorunda da təəssüratları idarə edə bilərsiniz.
 
 
Əsl məhsuldar dizayn nümunəsi

Dinamiklərin vəziyyətindən və səmtindən tutmuş soyuducu lövhələrin yerləşdirilməsinə qədər hər şey məhsuldarlığın optimallaşdırılması məqsədilə yaradılıb.

Orijinal konstruksiyanın əsasını alüminiumdan hazırlanmış mürəkkəb korpus təşkil edir. Onun çəkisi 65 kq-dan artıqdır. Bu da onu son dərəcə möhkəm edir. Bu zaman əyilmiş taxta əsas səs gücləndiricisinin, sanki, havada qaldığı təəssüratını yaradır. Vizual massivlik təəssüratını azaltmaq üçün, yelkən kimi alüminium tirlərinə çəkilmiş parça audiokomponentləri incə şəkildə örtür.
DAXİLİ STRUKTUR

Beolab 90-da premium sinfindən olan 18 ədəd dinamik, 14 ədəd ICEpower gücləndirici kanalı və 4 ədəd əlavə D sinif gücləndirici quraşdırılıb. Ümumi musiqi gücü və dəqiqliyi bir qurğuya 8200 Vt təşkil edir.

Texniki göstəricilər

İnterfeyslər

Audio bağlayıcı
1 (RCA), 1 (XLR), 1 (TOSLINK)
USB
1
S/PDIF
1

Əlavə məlumat

Rəng
Qara/ Brass

Dinamika

Audio çıxış rejimi
14 Channels
Çıxış gücü
8200 Vt
Siqnal/səs nisbəti
126 desibel
Sistem növü
Home Audio System
Xüsusiyyətlər
Beam Direction Control
WiSA Speakers
Active Room Compensation
Beam Width Control
Dinamiklərin sayı
18
Dinamiklərin gücləndiricisin növü
Aktiv

Zəmanət

Zəmanət
Var
Zəmanət müddəti
36 ay
Zəmanətin qiymətləndirmə meyarı
Seriya nömrəsi

Logistika

Qablaşdırmanın dərinliyi
800 mm
Qablaşdırmanın eni
800 mm
Qablaşdırmanın hündürlüyü
1470 mm
Qablaşdırmanın çəkisi brutto
177 kq
Qablaşdırmanın çəkisi netto
145 kq
Parça paketi
1
Karton qablaşdırmanın çəkisi netto
22.4 kq
Plastik qablaşdırmanın çəkisi netto
9.6 kq
Qablaşdırmada ədəd
1
Qablaşdırmanın növü
Qutu
EAN Kod
5705260058208

Əsas xüsusiyyətlər

Multimedia Type
Audio System
Family
Beolab 90

Qabaritlər və çəki

Dərinlik
747 mm
Hündürlük
1253 mm
En
735 mm
Çəki
137 kq

Sistem komponentləri

Tweeter
(7 x 30mm)
Aşağı tezlikli dinamika
(3 x 212mm, 1 x 260mm)
Midrange
(7 x 86mm)