Apple MacBook Air 13.3" A2337, (2560x1600), Apple M1 , System on Chip (SoC), RAM 8GB, Sərt yaddaş 256GB, Apple macOS Big Sur, Boz kosmos, 1.29kq

RRP:

1 499AZN

Mövcuddur
Art.: MGN63RU/A
Apple M1 çipinin gəlişi ilə Apple şirkətinin ən incə və yüngül noutbuku köklü dəyişikliyə uğrayıb. Mərkəzi prosessor 3,5 dəfəyədək, qrafik prosessor 5 dəfəyədək daha sürətli işləyir. Apple şirkətinin ən qabaqcıl Neural Engine sistemi sayəsində isə maşın öyrənməsi texnologiyasının sürəti 9 dəfəyədək artır. MacBook Air daha öncəki modellərlə müqayisədə ən uzun batareya ömrünə malikdir. Və ventilyatoru olmadığı üçün tamamilə səssizdir. Belə böyüklükdə güc heç vaxt bu qədər yığcam olmamışdı.

Qarşılayın. Xüsusi olaraq Mac üçün hazırlanmış ilk Apple çipi. Heyranedici Apple M1 çip üzərində sistemi 16 milyard tranzistora malikdir və özündə mərkəzi və qrafik prosessorları, Neural Engine sistemini, giriş/çıxış kontrollerlərini, eləcə də bir çox digər komponentləri birləşdirir. M1 çipi Mac-da unikal texnologiyalardan yararlanmaq imkanı verir, inanılmaz məhsuldarlığı və bənzərsiz enerji effektivliyini təmin edir.1 Bu, Mac üçün sadəcə növbəti addım deyil – bu, tamamilə yeni imkanlar səviyyəsidir.

Mərkəzi prosessor

Hesablama sürətinə görə M1 çipi Apple şirkətinin bütün digər prosessorlarını geridə qoyur. Belə məhsuldarlıq MacBook Air-də professional səviyyədə foto və video redaktə etmək və ya ağır qrafikalı oyunları oynamaq kimi ən çox resurs tələb edən işlərin öhdəsindən gəlməyə imkan verir. Lakin Apple M1 çipində yer alan 8 nüvəli prosessor yalnız öncəki nəsil prosessorlardan 3,5 dəfə daha sürətli olmasi ilə deyil², həm də tapşırıqları yüksək məhsuldarlıq nüvələri ilə effektivlik nüvələri arasında rasional şəkildə paylaması ilə fərqlənir. Effektivlik nüvələri gündəlik işlərin öhdəsindən rahatlıqla gəlir və bunun üçün 10 dəfə daha az enerji sərf edir.

Qrafik prosessor

Gün boyu sürən batareya ömrü

Effektiv istilik mübadiləsi

Maşın öyrənməsi
16 nüvəli Neural Engine sistemi. 9 dəfəyədək daha sürətli maşın öyrənməsi.5 İnanılmazdır.

MacBook Air-dəki tətbiqlər fotoların avtomatik olaraq peşəkar səviyyədə emalı və ya smart alətlərin və audiofiltlərin daha dəqiq tətbiqi kimi işlər üçün maşın öyrənməsi texnologiyalarını istifadə edə bilər. Bu, sizin xidmətinizdə olan əsl kompüter intellektidir.
Mərkəzi prosessor

macOS Big Sur əməliyyat sistemi Apple M1 çipinin nəhəng potensialı nəzərə alınaraq hazırlanıb. Əhəmiyyətli şəkildə yenilənmiş tətbiqlər. Möhtəşəm yeni dizayn. Və ən müasir məxfilik və təhlükəsizlik funksiyaları. Bu, ən qabaqcıl Apple avadanlıqları üçün hazırlanmış, inanılmaz dərəcədə güclü əməliyyat sistemidir.

Yüksək sürət və ani reaksiya


M1 çipi və macOS Big Sur əməliyyat sistemi birgə işləyərək bütün sistemi son dərəcə sürətli edir. MacBook Air bircə anda yuxu rejimindən çıxır. Gündəlik işlərə daha az vaxt gedir – fotolar və Safari-də səhifələr daha sürətlə açılır. Və hətta ən ağır tətbiqlər belə tələb olunan gücü ala bilir.

Ən böyük tətbiq kolleksiyası


Apple M1 çipi üçün özəl olaraq hazırlanmış güclü tətbiqlərdən yararlanın. Həm də mövcud tətbiqlərinizdən – Rosetta 2 texnologiyası sayəsində onlarla da işləyə biləcəksiniz. Üstəlik ilk dəfədir ki, siz iPhone və iPad üçün olan tətbiqləri birbaşa macOS Big Sur əməliyyat sistemində istifadə edə biləcəksiniz. Beləliklə, siz Mac üçün bu günə qədərki ən böyük tətbiq seçimini əldə etmiş olursunuz.
Vahid operativ yaddaş

Universal kompüter unikal operativ yaddaş tələb edir.

Apple M1 çipi 16 GB-dək yüksəksürətli vahid operativ yaddaşa malikdir. O, yüksək ötürücülük qabiliyyəti və müraciət zamanı minimal gecikməsi ilə seçilir. Bu operativ yaddaş sayəsində mərkəzi və qrafik prosessorlar, eləcə də Neural Engine sistemi ani şəkildə tətbiqlərdən məlumatları ala və öz aralarında bu məlumatları mübadilə edə bilir. Nəticədə bütün işlər sürətli və rahat alınır.

SSD yaddaş qurğusu
Təhlükəsizlik


Apple M1 çipi və macOS Big Sur əməliyyat sistemi MacBook Air-də qabaqcıl təhlükəsizlik və məxfilik funksiyalarının işini təmin edir, bununla da sistemi və şəxsi məlumatlarınızı qoruyur.

13,3 düym diaqonala və 2560×1600 piksel çözümlülüyə malik Retina displeydə görüntü daha detallı və realistik alınır.8 Mətnlər daha kəskin və aydın, rənglər isə həmişə olduğundan daha canlıdır. Displeyin şüşəsi korpusun ən kənar xəttinə çatdığı üçün heç nə diqqətinizi möhtəşəm görüntüdən yayındırmır.
Geniş rəng qamması (P3)
Yüksək piksel sıxlığı

True Tone texnologiyası


Göz yormur. Göz oxşayır. MacBook Air displeyin ağ rəng balansını avtomatik olaraq ətraf işıqlanmaya uyğunlaşdırır və daha təbii görüntünü təmin edir.

Apple M1 çipində yer alan görüntü siqnalı prosessoru hər FaceTime zəngi və videokonfransı zamanı daha yaxşı görüntünü təmin edir. Üç daxili mikrofon sayəsində isə zəng edərkən və ya səsli qeyd yazarkən dedikləriniz aydın eşidiləcək.

FaceTime HD kamera


İndi görüntülər daha aydındır, qaranlıq və işıqlı sahələrdə detalların ötürülməsi keyfiyyəti isə yüksəkdir. Həmçinin üz aşkarlanması funksiyası Neural Engine sistemi sayəsində ağ rəng balansını və ekspozisiyanı tənzimləyir, dərinin rəng çalarlarının daha dəqiq ötürülməsini təmin edir.

Üçlü mikrofon sistemi


Bu klaviaturada yazı yazmağın rahat və xoş olması bir yana, onun bütün imkanları sadəcə möcüzədir. Öncədən təyin edilmiş yeni düymə kombinasiyaları faydalı funksiyalara çıxış imkanını təmin edir. Klaviaturanın dilini dəyişin, lazım olan emojini seçin, Spotlight vasitəsilə sənədləri tapın – hamısı bircə toxunuşla. Düymələrin işıqlanması və işıqlılıq sensoru isə qaranlıqda yazmağa imkan verir.

"Qayçı" mexanizmi


MacBook Air klaviaturası təkmilləşdirilmiş "qayçı" mexanizmi ilə təchiz edilib – bu Mac noutbuklarında yer alan ən rahat klaviaturadır.
Force Touch trekpadı


Touch ID
MacBook Air-in kilidini bircə toxunuşla açın və ya bağlayın. Barmaq izi ilə film icarəyə götürün, tətbiq alın və ya qorunan kontentə – məsələn, sənədlərə və ya cihazın parametrlərinə giriş imkanı əldə edin. Şifrəni daxil etmədən.

Wi-Fi 6

Yeni nəsil Wi-Fi daha sürətlidir. Üstəlik, şəbəkəyə qoşulan cihaz sayı artsa belə, MacBook Air-in bağlantısının güclü qalmasını təmin edir.

Thunderbolt/USB 4 portları

Ultra-yüksək ötürücülük qabiliyyəti və geniş funksionallıq bir arada. Thunderbolt portundan məlumatların ötürülməsi, cihazın şarj edilməsi və ya videonun digər monitorlara verilməsi üçün yararlanmaq olar. MacBook Air-də belə portların sayı ikidir.

Cihazın ayrı-ayrı funksiyalarının, komplektasiyalarının və konfiqurasiyalarının mövcudluğu ölkədən və/və ya distribusiya regionundan asılıdır. Kontentin və tətbiqlərin mövcudluğuna zəmanət verilmir.

1. Sınaq Apple tərəfindən 2020-ci ilin oktyabr ayında kütləvi istehsaldan öncəki mərhələ üçün nəzərdə tutulmuş, Apple M1 çipinə və 16 GB RAM-a malik 13 düymlük MacBook Pro nümunələrindən istifadə olunmaqla həyata keçirilmişdir. Hər vatt üzrə məhsuldarlıq seçilmiş standart performans testləri istifadə olunmaqla mərkəzi prosessorun maksimal məhsuldarlığının istehlak olunan ortalama enerji həcminə nisbəti əsasında müəyyən edilmişdir. Müqayisə üçün sınağın keçirildiyi tarix etibarilə satışda olan, ən məhsuldar prosessorlara malik noutbuklar və masaüstü kompüterlər seçilmişdir. Sınaqlar müəyyən kompüter sistemləri üzərində aparılmışdır və MacBook Pro-nun təxmini məhsuldarlığını əks edir.

2. Sınaq Apple tərəfindən 2020-ci ilin oktyabr ayında kütləvi istehsaldan öncəki mərhələ üçün nəzərdə tutulmuş, Apple M1 çipinə və 8 nüvəli qrafik prosessora malik MacBook Air, eləcə də 1,2 GHs tezlikli, 4 nüvəli Intel Core i7 prosessoruna malik, satışda olan MacBook Air nümunələrindən istifadə olunmaqla həyata keçirilmişdir. Bütün nümunələr 16 GB RAM ve 2 TB həcmli SSD yaddaş qurğusu ilə təchiz edilmişdir. Sınaq buraxılışdan öncəki mərhələ üçün nəzərdə tutulmuş Final Cut Pro 10.5 versiyasından, eləcə də 4096×2160 piksel çözümlülüyə və 59,94 kadr/s tezliyə malik Apple ProRes RAW 4K videosunun yer aldığı 55 saniyəlik layihədən istifadə olunmaqla həyata keçirilmişdir; video Apple ProRes 422 formatına transkodlaşdırılmışdır. Sınaqlar müəyyən kompüter sistemləri üzərində aparılmışdır və MacBook Air-in təxmini məhsuldarlığını əks edir.

3. Sınaq Apple tərəfindən 2020-ci ilin oktyabr ayında kütləvi istehsaldan öncəki mərhələ üçün nəzərdə tutulmuş, Apple M1 çipinə və 8 nüvəli qrafik prosessora malik MacBook Air, eləcə də 1,2 GHs tezlikli, 4 nüvəli Intel Core i7 prosessoruna və Intel Iris Plus Graphics qrafik prosessoruna malik, satışda olan MacBook Air nümunələrindən istifadə olunmaqla həyata keçirilmişdir. Bütün nümunələr 16 GB RAM ve 2 TB həcmli SSD yaddaş qurğusu ilə təchiz edilmişdir. Sınaq buraxılışdan öncəki mərhələ üçün nəzərdə tutulmuş Final Cut Pro 10.5 versiyasından, eləcə də 3840×2160 piksel çözümlülüyə və 30 kadr/s tezliyə malik Apple ProRes 422 videosunun yer aldığı 10 saniyəlik layihədən istifadə olunmaqla həyata keçirilmişdir. Sınaqlar müəyyən kompüter sistemləri üzərində aparılmışdır və MacBook Air-in təxmini məhsuldarlığını əks edir.

4. Sınaq Apple tərəfindən 2020-ci ilin oktyabr ayında kütləvi istehsaldan öncəki mərhələ üçün nəzərdə tutulmuş, Apple M1 çipinə və 8 nüvəli qrafik prosessora, eləcə də 8 GB RAM-a ve 512 GB həcmli SSD yaddaş qurğusuna malik MacBook Air nümunələrindən istifadə olunmaqla həyata keçirilmişdir. Apple TV tətbiqində film izlənməsi sınağı zamanı batareya ömrü 1080p HD kontentin oxudulması rejimində hesablanmışdır; bu sınaq zamanı displey parlaqlığı minimumda ikən 8 dəfə klikləməklə ayarlanmışdır. Batareya ömrü istifadə rejimindən və konfiqurasiyadan asılıdır. Əlavə məlumat üçün: apple.com/batteries.

5. Sınaq Apple tərəfindən 2020-ci ilin oktyabr ayında kütləvi istehsaldan öncəki mərhələ üçün nəzərdə tutulmuş, Apple M1 çipinə və 8 nüvəli qrafik prosessora malik MacBook Air, eləcə də 1,2 GHs tezlikli, 4 nüvəli Intel Core i7 prosessoruna malik, satışda olan MacBook Air nümunələrindən istifadə olunmaqla həyata keçirilmişdir. Bütün nümunələr 16 GB RAM ve 2 TB həcmli SSD yaddaş qurğusu ilə təchiz edilmişdir. Sınaq buraxılışdan öncəki mərhələ üçün nəzərdə tutulmuş Xcode 12.2 və Create ML 2.0 versiyalarından istifadə olunmaqla həyata keçirilmişdir. Create ML 2.0 üzərində Action Classification modeli yaradılmışdır. Sınaqlar müəyyən kompüter sistemləri üzərində aparılmışdır və MacBook Air-in təxmini məhsuldarlığını əks edir.

6. 1 TB = 1 trilyon bayt; formatlanmadan sonrakı faktiki həcm daha azdır.

7. Sınaq Apple tərəfindən 2020-ci ilin oktyabr ayında kütləvi istehsaldan öncəki mərhələ üçün nəzərdə tutulmuş, Apple M1 çipinə malik MacBook Air, eləcə də 1,2 GHs tezlikli, 4 nüvəli Intel Core i7 prosessoruna malik, satışda olan MacBook Air nümunələrindən istifadə olunmaqla həyata keçirilmişdir. Bütün nümunələr 16 GB RAM ve 2 TB həcmli SSD yaddaş qurğusu ilə təchiz edilmişdir. FIO 3.23 sınağı bu parametrlərə malik olmuşdur: 1024 KB həcmli sorğu, 150 GB həcmli sınaq faylı və göstəricisi 8-ə bərabər olan növbə dərinliyi. Sınaqlar müəyyən kompüter sistemləri üzərində aparılmışdır və MacBook Air-in təxmini məhsuldarlığını əks edir.

8. Displeyin ölçüsü diaqonala görə hesablanır.

9. Sürət nəzəri keçiricilik qabiliyyəti əsasında hesablanır və dəyişə bilər.

Texniki göstəricilər

Процессор

Процессор
Apple M1
Количество ядер процессора
8
Чипсет
System on Chip (SoC)

Память

Емкость установленной оперативной памяти
8 GB

Носитель Информации

Емкость накопителя
256 GB Sərt yaddaş

Аудио

Режим аудиовыхода
Stereo

Дисплей

Диагональ экрана
13.3"
Тип дисплея
MK
Цветность
Rəngli
Максимальное разрешение
2560x1600
Görüntü formatı
16:10
Дополнительные особенности
True Tone texnologiyası
400 nits Brightness
Arxa LED işıqlandırma
Retina Displeyi
Genişlənmiş rəng əhatəsi (P3)
Тип матрицы
IPS

Видео

Тип видеопамяти
Videoyaddaş əməliyyat yaddaşından götürülür
2D/3D Features
16-core Neural Engine
7-core GPU

Cетевые спецификации

Wi-Fi
IEEE 802.11n Wi-Fi 4
IEEE 802.11ax Wi-Fi 6
IEEE 802.11g
IEEE 802.11ac Wi-Fi 5
IEEE 802.11a
IEEE 802.11b
Bluetooth
Bluetooth 5.0

Система

Тип системы
Noutbuk
Встроенные устройства
Force Touch trekpadı
Text to Speech
Closed Captions
Switch Control
Siri and Dictation
Reduce Motion
Increase Contrast
Zoom
VoiceOver
Voice Control
Touch ID
Stereodinamiklər
Аксессуары в комплекте
MacBook Air
USB-C elektrik enerjisi adapteri
İstifadəçi təlimatı
Кабели в комплекте
USB-C/USB-C Charge Cable (2 m)
Цвет
Boz kosmos
Korpusun xüsusiyyətləri
Alüminium korpus
Особенности для снижения влияния на окружающую среду
PVCsiz
All final assembly suppliers are transitioning to 100% renewable energy for Apple production
35% or more recycled plastic in multiple components
100% recycled tin in the solder of the main logic board
Recyclable, majority-fiber packaging
100% təkrar emal olunmuş alüminium örtük
Berilyumsuz
Bromlu alovgecikdirici əlavəsiz
ENERGY STAR tələblərinə cavab verir
Mercury-Free
Mərgümüşsüz ekran şüşəsi
100% of virgin wood fiber comes from responsibly managed forests
Характеристики клавиатуры
Ətrafın işıqlandırılması üçün cihaz
İşıqlandırma
Magic Keyboard
Аудио/Видео особенности
Wide stereo sound
VGA, HDMI, DVI, and Thunderbolt 2 output supported using adapters (sold separately)
USB-C interfeysi vasitəsilə DisplayPort standartına görə quraşdırılmış video çıxış
Rəqəmsal videoçıxış Thunderbolt 3
Studio-quality three-mic array with directional beamforming
Supports one external display with up to 6K resolution at 60Hz at millions of colors
Support for Dolby Atmos playback
Klaviaturanın Lokalizasiyası
Rus
İngilis
Кастомные конфигурации
Custom

Программное обеспечение

Совместимые платформы
Mac
Установленная операционная система
Apple macOS Big Sur

Питание

Расположение блока питания
Xarici
Входное напряжение
AC 100-240 volt
Входная частота
50/60 hers
Мощность адаптера питания
30 Vt
Количество разъемов питания
1
Тип разъема питания
USB-C

Батарея

Технология аккумулятора
Litium-Polimer
Количество установленных батарей
1
Емкость батареи
49.9 Vt/saatda

Габариты и вес

Глубина
212.4 mm
Высота
16.1 mm
Ширина
304.1 mm
Номинальный вес
1.29 kq

Условия эксплуатации

Максимальная температура окружающей среды при работе
35 °C
Минимальная температура окружающей среды при работе
10 °C
Максимальная температура окружающей среды при хранении
45 °C
Минимальная температура окружающей среды при хранении
-25 °C
Макс. относительная влажность без конденсации
90 %
Мин. относительная влажность без конденсации
0 %
Максимальная высота над уровнем моря при работе
3048 metr
Максимальная высота над уровнем моря хранения
4572 metr
Максимальная высота транспортировки
10668 metr

Гарантия

Гарантия
Var
Гарантийный срок
12 ay
Критерий оценки гарантии
Seriya nömrəsi

Логистика

Код субъекта
Hamısı
Вес товара с упаковкой (брутто)
2.08 kq
Штук в упаковке
1
Вес коробки брутто (кг)
2.08 kq
Упаковок в коробке
1
Тип упаковки
Pərakəndə
Глубина упаковки
324 mm
Ширина упаковки
73 mm
Высота упаковки
231 mm
EAN Код
194252056240

Имеющиеся интерфейсы

Наушники
1 (3.5-mm mini jek)
Thunderbolt 3
2 (USB Tip C)