AirPods Max - Pink, Model A2096

Mövcuddur
Art.: MGYM3RU/A
AirPods Max qulaqlıqlarını təqdim edirik – yüksək keyfiyyətli
səsin və AirPods sehrinin mükəmməl tarazlığı.
Bu, möhtəşəm səs performansıdır.

Dizayn
Tamamilə
orijinal
görünüş.

 
AirPods Max – bu, tam ölçülü qulaqlıqların tamamilə yeni görünüşüdür. AirPods Max, qulaqlıqlardan başlığa qədər istənilən baş formasına mükəmməl uyğunlaşmaq üçün hazırlanmışdır. Bunun sayəsində səsin inanılmaz keyfiyyət və zənginliyi əldə edilir.
Geniş yuxarı hissə qulaqlığın çəkisini bərabər paylayan və bununla, başa düşən təzyiqi azaldan nəfəs ala bilən parçadan hazırlanmışdır.
Paslanmayan poladdan hazırlanmış başlıq yumşaq materialdan hazırlanıb, buna görə də başlıq davamlı, elastik və rahatdır.
Teleskopik qulaqlıqlar seçilmiş vəziyyətdə etibarlı qalaraq, qulaqlıqların başda rahat mövqeyi və qulaq yastıqların mükəmməl uyğunlaşmasını təmin edir.

Səsin keyfiyyəti
Mükəmməl səs.<

Aydın səs və qabaqcıl səs əngəllənməsi texnologiyası AirPods Max qulaqlıqlarının yüksək səslənmə keyfiyyətini təmin edir. Unikal drayverlərin bütün komponentləri minimal səs diapazonunda səsin yüksək dəqiqliklə ötürülməsini təmin edir. Dərin zəngin bas, aydın orta tezlik və kristal təmiz yüksək notlar – musiqini yeni çalarlarda eşidəcəksiz.
 

Hesablama səsi.
Dinləyin, bu, mükəmməldir.

İki güclü Apple H1 çipi (hər qulaqlıqda bir ədəd), inkişaf etmiş akustika və qabaqcıl proqram təminatı –hesablama səs texnologiyası AirPods Max qulaqlıqların möhtəşəm səslənməsini təmin edir. Bunun üçün hər çipin 10 nüvəsi aktivləşir. Hesablama səsi ətraf səsləri bloklayır, mövqe və qulaqlıqların uyğunlaşmasını tənzimləyir, eləcə də filmlərdəki səsi daha canlı edir.

Adaptiv ekvalayzer səs parametrlərini qulaqlığın istifadəçi başında yerləşməsinə uyğun olaraq tənzimləyir. Daxilə yönəlmiş mikrofonlar eşitdiyiniz səsin xüsusiyyətlərini ölçür. Alınan məlumata əsasən, tezliklərin səsində düzəlişlər olunur və nəticədə hər bir xırdalığa qədər zəngin və dəqiq səs əldə edirsiniz.

Qabaqcıl aktiv səs əngəllənməsi sistemi əks səs dalğasının köməyi ilə kənar səsləri aradan qaldırır və siz səsləri daha aydın eşidirsiniz.

Aktiv səs əngəllənməsi düyməsindən istifadə edərək Şəffaflıq rejiminə keçid edirsiniz - ətraf səsləri eşidəcək və insanlarla rahat ünsiyyət quracaqsınız.

AirPods sehri
Sadəliklə
düşünülmüşdür.

AirPods Max qulaqlıqları əvvəlki AirPods modellərinin naqilsiz istifadə və rahat idarəetmə kimi texnologiyalarını özündə saxlayıb. İlk tənzimləmədən sürətli Siri əmrlərinə qədər – səs həmişə və bütün cihazlarda sizinlə birlikdə olacaq.
Bir toxunuşla tənzimləmə
AirPods Max dərhal iPhone və iPad ilə bağlantı yaradır. Qulaqlığı cihaza yaxınlaşdırıb displeydəki bağlantı düyməsinə basmaq kifayətdir.
Ani keçid
Qulaqlıqların istifadəsi zamanı dərhal iPhone, iPad və Mac arasında keçid yarada bilərsiz. Əgər iPhone-a zəng gəlibsə və siz bu zaman kompüterdə musiqi dinləyirsizsə, AirPods Max avtomatik olaraq danışığa keçid edəcək.
Birgə istifadə imkanı
iPhone, iPad, iPod touch və ya Apple TV üzərində səsləri eyni anda iki cüt AirPods qulaqlıqlarına ötürün. Bir toxunuşla bağlantı yaratmaq üçün sadəcə Airpods qulaqlıqlarını uyğun cihaza yaxınlaşdırın.