Beosound Explore Black Anthracite

RRP:

619AZN

Mövcuddur

BEOSOUND EXPLORE

Macəra həvəskarları üçün universal səs

Portativ. Möhkəm. Səyahət üçün hazırdır. Macəralarınızın Sizi hara apardığından asılı olmayaraq, Beosound Explore-n mükəmməl səs keyfiyyəti daima Sizinlə olacaq. Möhkəmləndirilmiş, cızıqlara qarşı dayanıqlı və tamamilə toz- və sukeçirməz olan korpus sayəsində isə, o, istifadədən zədələnməyəcək.
 
 
UZUNÖMÜRLÜLÜK ONUN AYRILMAZ TƏRKİB HİSSƏSİDİR
İstənilən səyahət üçün kifayət qədər möhkəmdir

Beosound Explore, istədiyiniz yerdə Sizi müşayiət etmək üçün yaradılmış çox möhkəm simsiz səs gücləndiricisidir. Möhkəm rezinli əsas və alüminium korpus onu, çirkli kempinqlərdən tutmuş qumlu çimərliklərə qədər, istənilən səthdə təhlükəsiz şəkildə yerləşdirməyə imkan verir, yaxşıca düşünülmüş daxili konstruksiya isə yerə düşdüyü zaman onu qoruyur. «Factory 5» zavodunda (Danimarka) hazırlanmış anodlaşdırılmış alüminiumdan olan korpusdan tutmuş sukeçirməz qayış və karabinə qədər hər bir konstruksiya elementi yüksək istismar xüsusiyyətlərini uzunömürlülüklə birləşdirir.
Sizi müşayiət etməyə hazırdır

Toxunduqda xoş hisslər bəxş edən Beosound Explore, onu həmişə özünüzlə götürə bilməyiniz üçün, yaxşıca layihələndirilib. O, asanlıqla ovcunuzda yerləşir. Onu kəmərinizə bağlayın, çantanıza düymələyin və ya sadəcə özünüzlə götürün və gəzintiyə çıxın.


YÜNGÜL ÇƏKİ - CƏMİ 631 QRAM


HƏRƏKƏTDƏ İKƏN İSTİFADƏ ÜÇÜN RAHAT FORMA


ELASTİK, ATMOSFER TƏSİRİNƏ QARŞI DAYANIQLI QAYIŞ


MÖHKƏM, DÜYMƏLƏNƏN KARABİN

Möhkəm


Portativ


Güclü

MUSİQİ HƏR YERDƏDİR
Hətta açıq havada belə mükəmməl səs

Bu ölçüdə səs gücləndiricisi üçün çox ağır olan basları səsləndirən Beosound Explore musiqinizi gözlənilən nəticə çərçivələrindən kənara çıxarır. Panel işləməsi böyük akustik potensiala malik iki ədəd 1.8 tam diapazonlu dinamikin səsləndirdiyi True360 səsini yüksək dəqiqliklə təmin edir. Kempinqin mərkəzində quraşdırıldığından, yaxud çadırda asıldığından və ya dağın zirvəsinə gedən yarı yolda qayada ucaldıldığından asılı olmayaraq, Beosound Explore güclü səsi təmin edir.


MÜSTƏSNA SƏRBƏST İŞLƏMƏ VAXTI
Macəralarınızın enerjisi

Adi səs səviyyəsi ilə 27 saatadək işləməni təmin edən Beosound Explore uzunmüddətli səyahətlər üçün yararlıdır. Etibarlı yüksək məhsuldar akkumulyator sayəsində, Siz bütün dünyada sərbəst şəkildə səyahət edə bilərsiniz.


TOZ - VƏ SUKEÇİRMƏZDİR
İstənilən hava şəraiti və ərazi üçün nəzərdə tutulmuş səs gücləndiricisi

Premium keyfiyyətli materialları və yığcam dizaynı sayəsində Beosound Explore həyatda baş verəcək istənilən macəralar üçün yararlıdır. IP67 toz - və sukeçirməzlik dərəcəsi bu müdafiə olunan səs gücləndiricisinin pis hava ilə qarşılaşmağa hazır olduğuna zəmanət verir. Hətta 30 dəqiqə müddətinə bir metr suya daxil etsəniz belə, o, buna tab gətirəcək.


Beosound Explore
Grey Mist

Təbiət aləmindən ilham almış Grey Mist istənilən mühitə uyğunlaşdırıla biləcək tündləşdirilmiş müasir rəng qammasından ibarətdir.


ASAN KEÇİD DÜYMƏLƏRİ
Sukeçirməz idarəetmə paneli

İstənilən şəraitdə – suda, qumda və ya çirkli şəraitdə – hətta əlcəklərlə belə işləmək üçün hazırlanıb. İstifadəsi asan olan düymələr elə yerləşdirilib ki, harada olmağınızdan asılı olmayaraq, mükəmməl görünmə və istifadə rahatlığı təmin olunsun.


MÜKƏMMƏL FASİLƏSİZ SƏSLƏNDİRMƏ
Musiqiniz hər yerdədir

İncə dizaynı və ən son Bluetooth texnologiyası sayəsində Siz musiqini saniyələr ərzində seçə və dinləyə bilərsiniz. Hər dəfə sevimli mənbələrinizə, qurğulara və servislərə sürətli və etibarlı keçid əldə edin.
 
TƏDARÜK KOMPLEKTİ

Beosound Explore
Karabin
Qısa istifadəçi təlimatı
USB-C – USB-A kabeli