JBL Playlist 150 White

RRP:

449AZN

Öncədən sifariş
Art.: TL0410

Portativ spiker JBL Playlist 150

Chromecast texnologiyasını dəstəkləyən simsiz spiker

JBL Playlist portativ spikeri Chromecast texnologiyasını dəstəkləyir, bu isə o deməkdir ki, smart- cihazdan istifadə edərək musiqini istənilən tətbiqdən, radiodan və ya podkastdan səsləndirə bilərsiniz. iOS və ya Android, o cümlədən iPhone® , iPad® , Android™ sistemini dəstəkləyən telefon və ya planşet, həmçinin Mac® , Windows® sistemli noutbuklar və Chromebook cihazlarının köməyi ilə evin istənilən nöqtəsindən spikerləri idarə edə bilərsiniz.

Musiqini spikerlərə asanlıqla ötürün. Chromecast texnologiyasının dəstəyi hesabına spikerdə musiqini dinləmək üçün mobil tətbiqdə Cast ( Translyasiya) düyməsinə basmaq kifayətdir. Sonra cihazı telefonunuzla evin istənilən nöqtəsindən idarə edin: axtarış, səsləndirmə, fasilə və səs tənzimlənməsi kimi funksiyalar mövcuddur.

Sevimli musiqini istənilən zaman dinləyin. Spotify, Pandora, Google Play™ Music, TuneIn və iHeartRadio kimi məşhur musiqi xidmətlərində mövcud milyonlarla mahnıdan birini seçin və ya NPR podkastları vasitəsilə yenilikləri izləyin. Hər zaman yenilənən və əlavə olunan yeni tətbiqlər sayəsində dinləyə biləcəyiniz musiqi, onlayn radio stansiyalar və podkastların siyahısı sonsuzdur.

Spotify Connect- evdə musiqi dinləməyin ən əla üsuludur. Spotify tətbiqindən istifadə edərək, musiqini spiker, noutbuk və televizordan səsləndirin. Sevdiyiniz musiqini daha sürətli səsləndirmək üçün Playlist spikerində “ One Touch ” Play funksiyasından istifadə edin.

24 bit / 96 kHz bulud dəstəyi ilə yüksək keyfiyyətli səs. Chromecast musiqini birbaşa buluddan səsləndirir, buna görə siz yüksək keyfiyyətli səs eşidirsiniz. Büllur kimi təmiz səsdən həzz alın.

Sevdiyiniz musiqidən fasiləsiz zövq alın. Chromecast – ın köməyilə eyni vaxtda telefondan istifadə edə və musiqini dinləyə bilərsiniz. Telefon zənglərini qəbul edin, oyun oynayın, SMS yazın, hətta spikerin enerjisini sərf etmədən və musiqinin səsini kəsmədən otağı tərk edə bilərsiniz.

Google Home tətbiqi vasitəsilə bir neçə otağı konfiqurasiya edin və asanlıqla idarə edin. Sisteminizi asanlıqla qurun və musiqini bir neçə otaqda idarə edin. Növbəli göstərişlər musiqi axınını tənzimləməyi daha da asanlaşdıracaq.

Şəbəkənin ikixətli Wi- Fi vasitəsilə dəstəyi. Daha sürətli, daha etibarlı və daha sabit simsiz işləmə üçün ən son 802. 11 AC simsiz ev şəbəkə texnologiyasını və ikitərəfli ( hər ikisi 2. 4 GHz və 5 GHz ) Wi- Fi bağlantısını dəstəklənir.

Bluetooth və ya 3. 5 mm konnektoru ilə musiqini səsləndirin. İstənilən cihazı Bluetooth və ya 3. 5 mm konnektoru ilə qoşun.

Texniki göstəricilər

Dinamika

Audio çıxış rejimi
Stereo
Çıxış gücü
30 Vt
Tezlik xüsusiyyəti
60Hz-20kHz
Xüsusiyyətlər
Wi-Fi
Bluetooth 4.2
Dinamiklərin sayı
1
Sistem növü
Portativ spiker
Siqnal/səs nisbəti
80 desibel
Wi-Fi
IEEE 802.11ac Wi-Fi 5
Kanala çıxış gücü
15 Vt
Sistem komponentləri
1 spiker
Dinamiklərin gücləndiricisin növü
Active

Qabaritlər və çəki

Dərinlik
147 mm
Hündürlük
131 mm
En
316 mm

Əlavə məlumat

Dəstə daxil kabellər
Qidalanma kabeli
Rəng
Qara
Cihazın yerləşməsi
Xarici

Qidalanma

Qidalanma blokunun yerləşməsi
Daxili
Giriş gərginliyi
AC 100-240 volt
Maksimal çıxış gücü
30 Vt
Qidalanma mənbəyi
Qidalanma adapteri
Giriş tezliyi
50/60 hers

Zəmanət

Zəmanət
Var
Zəmanət müddəti
12 ay
Zəmanətin qiymətləndirmə meyarı
Seriya nömrəsi

Logistika

Qablaşdırmanın çəkisi brutto
1 kq
Parça paketi
1
Qutunun çəkisi brutto
1 kq
Karton qablaşdırmanın çəkisi netto
0.01 kq
Plastik qablaşdırmanın çəkisi netto
0.01 kq
Qablaşdırmada ədəd
1
Qablaşdırmanın növü
Pərakəndə

İnterfeyslər

Audio bağlayıcı
1 (3.5-mm mini jek)

Sistem komponentləri

Mərkəzi
x 30Vt (2 x 2.25")